• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4908
— 28.04.2015 21:33

Xaçmazda zəncirvari yol qəzası baş verib

3 avtomobilin toqquşması zamanı yolu keçən piyada xəsarət alıb. Hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. “VAZ 21 07” markalı, 27 BK 766 dövlət nömrə nişanlı avtomobil yolun kənarında dayanan 40 BJ 662 dövlət nömrə nişanlı “VAZ 21011”-ə, daha sonra isə 10 UC 640 nömrəli avtomobilə çırpılıb. Qəzadan sonra “VAZ 21011” yoldan keçən piyada 1997-ci il təvəllüdlü Həsənov Natiq Malik oğlunu vurub. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-stabildir. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.