• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1349
— 28.04.2015 16:08

Gəncə Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib

Yarış ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunub. Birinciliyin açılış mərasimində güləşin milli idman növləri arasında özünəməxsus mövqeyindən bəhs edənlər Azərbaycanın bütün dünyada güləş ölkəsi kimi tanındığını vurğulayıb. Rəsmi hissədən sonra mübarizəyə start verilib. Yarışda yeniyetmə güləşçilər 10 çəki dərəcəsi üzrə döşək üzərində bacarığını göstərib. Gəncənin bütün idman məktəbləri və cəmiyyətlərinin təmsilçilərinin qatıldığı birincilikdə 8 komandanın tərkibində 80-ə yaxın güləşçi çıxış edib.