• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2258
— 27.04.2015 18:13

Şirvanda vətəndaşlardan şantaj və aldatma yolu ilə pul alan şəxs saxlanılıb

Şirvan polisi saxta hüquq müdafiəçisini yaxalayıb. Onun vətəndaşlardan şantaj və aldatma yolu ilə pul aldığı üzə çıxıb.

Vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq, Şirvan şəhərində fəaliyyət göstərən “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri,  45 yaşlı Azad Vəlyəddin oğlu İskəndərli həbs edilib. Saxlanılan şəxs hüquqi təhsili olmadığı halda, vətəndaşlara özünü  hüquq müdafiəçisi kimi təqdim edərək, qanunsuz vəkil xidmətləri göstərib. Bundan başqa,  o, dələduzluq edərək vətəndaşları şantaj edib, onlardan pul tələb edib.

İbrahim Qasımov- zərərçəkən: “Hansısa 1 vaxt eşitdim ki, Azad İsgəndərli adlı bir şəxs yaxınlaşıb işçilərədən sənədlər istəyib. Özünü hüquq müdafiəçisi kimi təqdim edərək, gördüyü işləri təqdim edib. Deyib ki, siz mənə aylıq pul verməlisiniz. Pul vermirsinzsə belə şantaj edəcəm. İnternetdə biabır edəcəm. Ondan sonra da mən orqanlarımıza müraciət etdim”.

Bundan başqa, o, Salyan rayon Bəşirbəyli kənd sakin Seymur Həşimovdan 1200, Bakı şəhəri, Suraxanı rayon sakinləri Nazilə və onun övladları Simrand ilə İlkin Dəmirovlardan  4 min 350 manat məbləğində pulu aldatma yolu ilə alıb.

Anar Bayramov- müstəntiq: “İsgəndərli Azad Vəlyəddin oğlunun respublika ərazisində başqa vətəndaşları aldatma ehtimalları olduğundan belə şəxslər olarsa onlardan Azərbaycan Respublikası DİN-nin Şirvan Polis şöbəsinə müraciət etmələri xahiş olunur”.

Bildirək ki, Azad İsgəndərli bundan əvvəl 3 il 6 ay müddətində həbsxanada olub.

Elnarə İbrahimova