• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4862
— 19.11.2019 20:38

Polis orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

KepezTV Player

Ölkənin şəhər, rayon polis orqanlarında polis sahə rəisi vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir. Cəmi 100 vəzifənin komplektləşdirilməsi ilə bağlı keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. İmtahan qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında keçirilir. Test imtahanından müvəffəqiyyətlə keçən iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir. Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan vətəndaşları iştirak edə bilərlər.