• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 27.04.2015 18:03

Bakıda sərxoş sürücü yol qəzasına səbəb olub

Bakının Yasamal rayonu Mikayıl Müşfiq küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı eyni istiqamətdə hərəkət edən “Opel” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Hadisəyə səbəb kimi “Opel” sürücüsünün içkili halda sükan arxanına keçməsi göstərilir. Digər avtomobilin gülcü zərbəsinə məruz qalan “Mercedes” yol kənarındakı səkilərə çırpılıb. Bundan sonra “Opel”in sürücüsü ərazidən uzaqlaşmağa çalışsa da, yol patrul xidməti əməkdaşları onu hadisə yerindən təxminən 300-400 metr kənarda saxlaya biliblər. Qəza ilə bağlı araşdırmalar Bakı Şəhər Dövlət Yol Polisi idarəsində aparılacaq.