• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3481
— 08.11.2019 19:42

Qızıl dükanından oğurluq edildi

KepezTV Player

Ticarət mərkəzlərinin birindən qızıl üzüyü oğurlayıb, metronun Memar Əcəmi stansiyasında satdı. Törətdiyi əməl də müşahidə kameraları ilə anbaan lentə alındı. Bizim kameralar isə söhbətin kimdən getdiyini sizə göstərəcək. Çünki dələduz polisdən çox da uzağa qaça bilməyib.

Səbail rayonunda yerləşən Ticarət Mərkəzlərindən birində qızıl alqı-satqısı dükanından oğurluq edilib. Zərərçəkən sahibkar polisə müraciət edərək dəyəri 2 min manat olan üzüyün naməlum şəraitdə oğurlandığı barədə məlumat verib. Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsindən hadisəni törədən əvvəllər məhkum olunmuş paytaxt sakini Elvin Məmmədzadə saxlanılıb. O, ifadəsində əməlini etiraf edərək oğurladığı üzüyü metronun Memar Əcəmi stansiyasının yaxınlığında satdığını deyib. Məmmədzadənin obyektdən oğurluq etməsi mağazanın müşahidə kameraları vasitəsilə anbaann lentə alınıb.

Elvin Məmmədzadə barəsində 39-cu Polis Bölməsində toplanan materiallar araşdırılmasi üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində göndərilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Səbail Rayon Polis İdarəsi və ya 39-cü Polis Bölməsinə müraciət edə bilərlər.