• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4773
— 08.11.2019 12:18

Ticari-iqtisadi əməkdaşlığın yolları müzakirə edilib

KepezTV Player

Tacikistanın iş adamları üçün investisiya şəraitin öyrənilməsi, birgə iş birliyinin yollarının tapılması, şəhərləarası əməkdaşlığın təkmilləşdirilməsi Gəncədə müzakirə edilib. Səfir Rustam Soliyevin şəhər rəhbəri Nizyazi Bayramovla görüşündə ticarət-iqtisadi əməkdaşlıq məsələləri, tarixi və mədəni yaxınlığın əlaqələrin uğurla inkişafında rolu, Azərbaycan-Tacikistan əməkdaşlığının bu kimi görüşlərin önəminə toxunulub. Sənaye, kənd təsərrüfatı, ticarət, investisiya, İKT, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin olduğu vurğulayıb. Görüşdə Gəncədə birgə görülməsi mümükn olan işlər, həyata keçiriləcək layihələrdən söhbət açılıb, fikir mübadiləsi aparılıb.

Rustam Soliyev - Tacikistanın Azərbaycandakı səfiri: Açığını desəm Gəncəyə səfər mənim üçün olduqca xoşdur. Qədim və tarixi şəhər olan Gəncə Taciskistanın Xocənd şəhəri ilə qardaş şəhərlərdir. Bizim əlaqələrin eləcə də Nizami Gəncəvi ilə bağlılığı var. Çünki demək olar məktəb partasından bizdə bu dahi şairin yaradıcılığını öyrənirlər. Hər dəfə də özümüz üçün Azərbaycanın dahi oğlu Gəncəvi barədə nəsə yeni bir şey öyrənirik. Digər bir məqam isə ticari-iqtisadi əməkdaşlığın yollarını müəyyənləşdirməkdir. Biz bu məsələni də diqqətdə saxlayırıq.