• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4722
— 08.11.2019 11:02

“Microsoft” informasiyanı minilliklər ərzində saxlaya bilən yeni "disket”lər təqdim edib

Məlumat həcminin artması ilə əlaqədar daşıyıcıların etibarlılığına olan tələblər də dəyişir. "Microsoft" sərt disklərə qeyri-adi alternativ elan edib: şirkət ənənəvi texnologiyanın əvəzinə, şüşə plastinlər və lazerdən istifadəni təklif edib. Bu üsulla yazılmış informasiya minilliklər ərzində saxlanıla bilər. Sözügedən texnologiyanın iş prinsipi videoçarx formatında nümayiş etdirilib.
Proqram nəhənginin "Project Silica" adlı yeni həlli məlumatların lazerin köməyi ilə çox möhkəm kvars şüşəsinə çoxqatlı yazılmasını nəzərdə tutur. Bu proses məlumatların köhnə vinil plastinkalarına yazılması üsulunu  xatırladır, amma texniki cəhətdən reallaşdırılması daha mürəkkəbdir. "Microsoft"un yeni texnologiyası məlumatların saxlanılması texnologiyasını ucuzlaşdıra bilər, həm də informasiya min illərlə saxlanılacaq.