• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4697
— 07.11.2019 20:18

“Kəpəz” sabiq məşqçisinin komandasına qarşı

KepezTV Player

Futbol üzrə I Divizionda X tura start verilib. Turun mərkəzi görüşlərindən biri “Kəpəz”in iştirakı ilə keçiriləcək. Gəncə klubu Bakı səfərində “Səbail”in ikinci komandasının qonağı olacaq. Tərəflərin turnir cədvəlinin üst sıralarında qərar tutması oyuna prinsipiallıq gətirən səbəblərdəndir. Belə ki, meydan sahibləri 17 xalla 3-cü, “sarı-göylər” isə 15 xalla 6-cı yerdə qərarlaşıb. Qələbə gəncəliləri "zəhmət güzgüsü"ndə daha yuxarı pillələrə qaldıra bilər. Görüşə maraq qatan digər məqam rəqibi Gəncə futbolu üçün tanış simanın çalışdırmasıdır. Söhbət bir dövrlər “Kəpəz”in baş məşqçisi olan Mirbağır İsayevdən gedir. Sabah saat 16:00-da başlayacaq “Səbail-2” – “Kəpəz” oyununu Rəşad Əhmədovun başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək.