• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3212
— 07.11.2019 20:33

Qədim məşğuliyyətimiz olan balıqçılıq

KepezTV Player

Mövsümü sentyabrdan başlayan balıq ovu qərb bölgəsində əsasən Kür çayında, kanallarda və süni göllərdə aparılır. Bu aydan artıq balıq ovçularına kvotalar verilir, bazarlarda diri balıqların satışı başlayır. Balıqçılıqla məşğul olanlar adətən səhər və axşam saatlarında balıq tuturlar.

Bazarda ən çox kütüm, farel, xan, sazan və ağ-amur balıqları satılır. Alıcılar da kifayət qədər var, qiymətlər də qənaətbəxşdir. Kiloqramı 4-5 manatdan başlayan balıqları zövqə görə alırlar. Balıqlar piştaxtanın üzərində, qablarda diri şəkildə təqdim edilir.

Hal hazırda Gəncə Bazarındayıq burada balıq məhsullarına olan tələbatın və balığın qiymətinin nə yerdə olduğunu orgənəcəyik.

Balığa olan tələbat tək bazarda deyil, elə restoranlarda da müşahidə edilir. Təmizlənməsi və hazırlanması üçün qollarını çırmalamaq istəməyənlər üz tururlar ictimai iaişə məkanlarına.

Qanunvericiliyə əsasən, balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama bileti ödənişlidir və 1 il müddətinə verilir, eləcə də kvota əsasında həyata keçirilir. Qanunsuz balıq ovlayanlar isə məsuliyyətə cəlb olunur və cərimələnirlər.

Balıq mövsümündə insanları narahat edən məsələlərdən biri də zəhərlənmədir. Balıqdan zəhərlənmə hallarına tez-tez rast gəlinsə də, əslində qaydalara əməl edilərsə, heç bir zəhərlənmə olmaz.