• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4562
— 06.11.2019 20:08

Qərb bölgəsi arıçılarının uğurları

KepezTV Player

Qərb bölgəsində tədarük olunan arıçılıq məhsullarının ölkə miqyasında özünəməxsus yeri, xüsusi çəkisi var. Dadı ilə seçilən balımız nə xoş ki, keyfiyyəti ilə də fərqlənir.
 

Füzuli Verdiyev - Gəncə Arıçılar Assosiasiyasının sədri: Qərb bölgəsinin ən böyük keyfiyyət göstərcisi dağ balıdır. Gəncə arıçıları Daşkəsən, Gədəbəy, Göygöl rayonu ərazisində arılarını saxlayır. Fauna qatı zəngin olduğu üçün bal tərkibi də zəngin olur. Və tam cəhətdən də üstün olur.

Gəncə və ətraf rayonlar elə coğrafi mövqedə yerləşib ki, istənilən arıçı bu zonada yüksək məhsul götürə bilər. Bölgənin florasının zənginliyi arı məhsullarının tədarükü üçün əlverişli şərait yaradır. xüsusilə qərb bölgəsinin balını spesifik edən əsas amillərə gəlincə...

İlqar Qurbanov - Azərbaycan Arıçılar Assosiasiyasının üzvü: Onun tərkibindəki fermentlər, diastaz ədədinin yüksək olması, ətrinin, dadının digər bölgələrin balından fərqli olması qərb bölgəsinin ballarını fərqləndirir.

Qərb bölgəsində istehsal olunan arıçılıq məhsulları keyfiyyət göstəricilərinə görə bir sıra tədbirlərdə ön sıralarda yer alıb. Bu il təşkil edilən, sayca 20-ci olan respublika sərgi-satış yarmarkasında da Gəncəbasar bölgəsinin arıçılıq məhsulları laborator analizlərdən yüksək nəticələr əldə edib. Arıçı Füzuli Verdiyev bir sıra nominasiyalar üzrə qalib seçilib, keyfiyyətli arıçı və digər sertifikatlara layiq görülüb.

Füzuli Verdiyev - Gəncə Arıçılar Assosiasiyasının sədri: Reytinq sertifikatı verildi. Reytinq sertifikatı nədir? “Kendden.az” saytında satdığımız ballar üzərində hər bir arıçının şəxsi kodu var. Kodları vurub, həmin sayta girəndə orada məhsul haqda məlumat verilir və qiymətləndirmə aparılır. Həmin məhsulu alan alıcılar keyfiyyətinə görə reyrinq cədvəlində səs verilir. 5 nəfərdən 1-i mən oldum.))

Son illərdə ölkədə arıçılığın inkişafı sahəsində atılan addımlar, göstərilən dövlət dəstəyi öz müsbət nəticəsini verir. Sevindirici haldır ki, bu gün bu sahədə mövcud olan bəzi problemlər uğuru qaçılmaz etmir.