• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3118
— 06.11.2019 16:27

ASAN könüllüləri Kəpəz TV-də

KepezTV Player

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə Gəncə "Asan Xidmət" Mərkəzinin könüllüləri qonağımız olublar. Kəpəz TV-nin efirində canlı yayımlanan "Sabahın nəbzi" proqramında bu günlə əlaqədar təbriklərini çatdıran könüllülər Kəpəz Müstəqil Teleradio Şirkətində yaradılan imkanların şahidinə də çevriliblər. Çəkiliş pavilyonları və studiyaları gəzən qonaqlara, xəbərlər departamentinin məhsulu olan verilişlər, televiziyada müxtəlif yaş qrupları üzrə hazırlanan layihələr barədə məlumat verilib. Efir yayımı, çəkiliş prosesi, materialların efirə hazırlanması, verilişlərin çəkiliş məkanları göstərilib, televiziyanin fəaliyyəti, departamentlərin üzərinə düşən öhdəliklər barədə yaranan suallar cavablandırılıb.