• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4562
— 06.11.2019 11:03

Skoda Kamiq GT modelini təqdim edib

Qeyd etmək gərəkdir ki, GT indeksli Kamiq özünəməxsus görkəmə malikdir. Krossoverin xarici görkəmi üzərində çex markasının Çexiyada və Çində fəaliyyət göstərən iki dizayn mərkəzi çalışıb. Kamiq krossoverinin kross-kupeyə transformasiyası zamanı uzunluğu 19 mm artıb ki, buna da yeni bamperlər sayəsində nail olunub. Qalan ölçülərinə görə hər iki krossover bənzərdirlər.

Zahiri fərqlər isə diqqəti çəkəndir. İş təkcə GT modelinin siluetində deyil. Kamiq GT modelinin damının maillik dərəcəsi heç də ənənəvi kross-kupelərə bənzəmir. Bununla belə, krossover tamamilə yeni “üzə” malik olub. O, 17-düymlük təkər diskləri dəstinə, sayı artırılmış xrom haşiyələrə, yeni qrafikaya malik olan arxa LED fənərlərə və buraxılış sisteminin çıxış borularını gizlədən diffuzora sahib olub. Bundan başqa, Kamiq GT modelini panoram tavan, parlaq kuzov rəngləri və iki rəngli kuzovla da sifariş etmək olar.

Skoda Kamiq GT modeli Çində isteshal edilib, elə Çində də satılacaq.