• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4769
— 05.11.2019 20:21

Müzadil İmanov yad edilib

KepezTV Player

Elə turnirin rəsmi hissəsində onun milli idman növünün inkişafı istiqamətində göstərdiyi xidmətlərdən bəhs olunub. Çıxış edən mütəxəssislər də SSRİ idman ustası olan mərhum məşqçinin fəaliyyətinə nəzər salaraq onunla bağlı xoş xatirələrini bölüşüblər. 2016-cı ildən hər il keçirilən turnirin uşaq və yeniyetmə güləşçilər üçün ciddi sınaq meydanı olduğu diqqətə çatdırılıb. Bədii hissədə pəhləvanların zəngi musiqisinin sədaları altında nümunəvi çıxışları izləyicilər tərəfindən maraqla qarşılanıb.  Açılış mərasimindən sonra mübarizəyə start verlib.

Yarışa 19 şəhər və rayonun nümayəndəsi qatılıb. Medallar uğrunda Gəncə və Bakı güləşçiləri ilə yanaşı, Mingəçevir, Zaqatala, Şəki, Ağsu, Bərdə, Beyləqan, Ağcabədi, Füzuli, Qazax və respublikamızın digər bölgələrindən idmançılar mübarizə aparıb.

Respublika və beynəlxalq səviyyəli daha böyük yarışlar üçün seçim xarakteri daşıyan turnirdə müxtəlif çəki dərəcələri üzrə 350 iştirakçı xalça üzərinə çıxıb.

Yarışın nəticələrinə əsasən, ayrı-ayrı yaş qruplarında Gəncə idmançılarından Muhəmməd Məmmədov,  Həsən Həsənov, İsa Yusibov, Əli Əliyev, Camal Abbasov, Riad Xəlilov, Fərhad Cavadov və Amin Əliyev da bütün rəqiblərinə qalib gəlib. Mingəçevirdən Aqşin Əlizadə, Bakıdan Zahid Məmmədov, İmişlidən Mirfəda Qaffarlı, Beyləqandan Ağa Qasımov, Göycaydan Sübhan Səfərli turnirin baş mükafatını qazanıb. Mükafatçılara medal, fəxri fərman və hədiyyələr təqdim edilib.