• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3124
— 05.11.2019 20:37

Şəmkirdə yeni xurma bağları salına bilər

KepezTV Player

Şəmkirdə xurma yığımı başa çatmaq üzrədir. Əvvəlki illərdə olduğu kimi, bu il də məhsulun bolluğu və alıcının çoxluğu bağ sahiblərini sevindirir. Yaxşı gəlir əldə edən fermerlər qarşıdakı illərdə yeni xurma bağları sala bilərlər.

Elman Mehtiyev - bağ sahibi: Bizim yaxşı bağımız var. 50 sot yerdə xurma bağım. Onlar 3 manata satıb Mən isə saxlayıb 4 manata satmışam. Hardasa 3500-4000 manat pul əldə elədim”.

Şəmkirin Aşağı Seyfəli kəndində tək Elman Mehtiyev deyil, digər bağ sahibləri də xurmanın məhsuldarlığından və qiymətindən razıdırlar. Fermerlərin sözlərinə görə, ötən illə müqayisədə bu il məhsuldarlıq bir qədər də yüksəkdir və bolluq qiymətlərə mənfi təsir etməyib. Yığımın ilk günlərində 1 kiloqramı 30-35 qəpiyə satılan xurma hazırda bazarlarda alıcılara 40-45 qəpiyə təklif olunur. Bağ sahibləri isə bu qiyməti məqbul sayırlar. 

Nizami Rzayev - bağ sahibi: “Xurmanın qiyməti oktyabr ayının 20-dək ucuz oldu. Xalqı qane etmədi. Ancaq hal-hazırda bir yeşiyin qiyməti 4 manata yüksəlib. Ona görə də əkəni də, iş adamlarını da qane edir”.

Fermerlərin sözlərinə görə, meyvəyə yerli bazarlarda tələbat az olduğundan, məhsul əsasən Rusiya və Ukraynaya ixrac edilir. Hazırda bağ sahiblərini narahat  edən yeganə məqam yerlərdə xarici bazarlarla əlaqə yaradacaq müəssisələrin olmamasıdır.

Mirzə Qasımov bağ sahibi: Gəlib behini verib alırlar. O barədə çətinlik çəkmirik. Ancaq bizi bir şirkətlə əlaqələndirən olsa, elə bilirəm bir azda baha sata bilərik.

Hazırda Şəmkir rayonunda təxminən 1700 hektar xurma bağı mövcuddur. Ötən il orta məhsuldarlıq 10 tona yaxın olub.

Natiq Hüseyn