• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3296
— 05.11.2019 12:28

Tərtər və Qazaxda xeyli sayda sursat aşkarlanıb

KepezTV Player

Qazax rayonunun Fərəhli kəndi ərazisində xeyli sayda döyüş sursatının tapılması barədə məlumat daxil olub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd əl qumbarası, 18 ədəd müxtəlif çaplı patron və 1 ədəd boş avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tərtər rayonunun Həsənqaya kəndi ərazisində otlaq sahəsinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi təyinatı olmayan metal əşya və 1 ədəd 12.7 mm-lik patronun boş qabı aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əşyaların ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.