• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1612
— 04.11.2019 19:23

Bakı polisinin sözçüsünü ölümlə hədələyən şəxs saxlanılıb

KepezTV Player

Polisi ölümlə hədələyən şəxs tutulub. Belə ki, sentyabrda “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi “facebook”da özünə məxsus səhifə vasitəsilə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevi hədələyərək onun öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib. Fakta  görə cinayət iş başlanılıb. Həmin şəxsin Bakı şəhər sakini, 35 yaşlı Fərid Quliyev olduğu müəyyən edilib və o, saxlanılıb. Yaşadığı evə baxış zamanı oradan 1 ədəd tək lüləli yivsiz ov tüfəngi və “Makarov” tipli tapançaya aid 4 ədəd patron aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı Quliyev qonusu Əvəz Muxtarovun 2017-ci ildə 50 manat pulunu alıb qaytarmadığına görə qisasçılıq zəminində onun adına saxta profil açaraq həbsinə nail olmaq üçün qeyd olunan məzmunda paylaşım etdiyini deyib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Fərid Quliyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.