• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4639
— 04.11.2019 15:06

Samuxda məktəblər istiliklə tam təchiz olunub

KepezTV Player

Qış mövsümünün yaxışlaşması ilə sinif otaqlarının qızdıırlması yenidən gündəmdədir. Bununla əlaqədar olaraq təhsil müəssisələrində müvafiq qabaqlayıcı tədbirlər görülür, o cümlədən Samux rayonunda.

Ayişə Əliyeva – şagird: Bizim sinifdə uşaqlar hamısı dərslərdə iştirak edir. İstiliklə bağlı problem olmadığından dərslər vaxtlı-vaxtında normal keçirilir.

Samux rayonu Alıuşağı kənd tam orta məktəbində uzun illərdir sinif otaqları odun sobası ilə isidilir. Bu qış da əvvəlki illərdən fərqli olmayacaq. Məktəbdə əsas istilik mənbəyi odun yanacağı olacaq. Artıq sözügedən təhsil müəssisəsi üçün nəzərdə tutulan odun ehtiyyatı məktəbə təhvil verilib.

Musa Əsədov - Alıuşağı kənd tam orta məktəbinin direktoru: Məktəbimzidə istiliklə bağlı hal-hazırda heç bir problem yoxdur. Sinif otaqları tam sobalarla təmin edilib. Odunlar anbara yığılıb. Normativlərə uyğun  olaraq noyabr ayının 15-dən qış rejiminə keçən kimi istilik sistemimiz bərpa ediləcək.

Alıuşağı kəndindən fərqli olaraq Əhmədbəyli kəndində bir neçə il əvvəl yeni məktəb binası inşa olunduğundan burada mərkəzləşmiş qazanxana sistemi yaradılıb və sinif otalqarı müasir istilik sistemi qızıdırılır. Yaradılan  şəraitdən maksimum istifadə edən şagirdlər daha həvəslə çalşırlar.  

Hüseyn  Rəhimov – şagird: Sinif vaxtlı-vaxtında isinir. Vaxtlı-vaxtında dərsimiz keçilir. Heç bir problemimiz yoxdur. Gəlib hər gün dərsimizi keçib gedirik. Yaxşı oxuyuruq ki gələcəkdə yaxşı naliyyət qazanaq.

Təhsil müəssisəsində hələlik mərkəzi qazanxana sistemi işə salınmayıb. Ancaq nəzərdə tutulan sazlanma işləri aparılıb və istilik sistemi hazır vəziyyətə gətirilib.

Etibar Abbasova - Əhmədbəyli kənd tam orta məktəbin direktoru: Qazanxanımız işlək vəziyyətdədir. Ayın 15-dən biz qış sisteminə keçəcəyik. Hazırdada sinif otaqların istilik normaldır. Şagirdlərin dərsə davamiyyəti 95-100 faiz təşkil edir.

Ümumilikdə Samux rayonunda fəaliyyət göstərən 35 məktəbdən bu il 19-u mərkəzi qazanxana, 13-ü odun yancağı, 3-ü isə elektrik enerjisi qızıdırılacaq.

 

Natiq Hüseyn