• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 04.11.2019 11:02

Avtonom “Xiaomi” çamadanı buraxılıb

"Xiaomi" şirkəti istifadəçinin arxasınca müstəqil hərəkət edən "ağıllı" çamadan buraxıb.

Çamadanın qulpuna istifadəçinin üzünü tanımağa və səmti müəyyənləşdirməyə imkan verən kamera quraşdırılıb. Təkərlərdə qurğunu işə salmağa imkan verən sürəti tənzimlənən dörd mühərrik yerləşir. Kompüter görmə texnologiyası qurğuya maneə və digər obyektlərlə toqquşmadan yayınaraq istifadəçinin arxasınca getməyə imkan verir.

Çamadanı enerji ilə xüsusi bölmədə quraşdırılan 92 vatt-saat tutumlu akkumulyator təmin edir. Ehtiyac yaranan zaman ondan smartfon və ya digər qurğuların enerji ilə doldurulması üçün istifadə etmək olar. 5 saat ərzində tam enerji ilə doldurulan qurğu 20 km məsafəni qət edə bilir. Çamadanın korpusunda enerjinin səviyyəsini göstərən işıq diodlu indikator yerləşir. Bu statistikanı çamadanın harada olduğunu bildirən mobil əlavə vasitəsilə izləmək mümkündür.

İlk alıcılar üçün qurğunun qiyməti 280 dollar təşkil edir.