• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4725
— 02.11.2019 16:04

Nazirlik daha 50 avtomobili əlilliyi olan vətəndaşlara təqdim etdi

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 avtomobil müharibə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara təqdim edilib. Bu il nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin müharibə əlillərinə və onlara bərabər tutulan əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulub. Cari ildə artıq 427 avtomobil verilib. Bununla indiyədək həmin vətəndaşlara 6400-dək minik avtomobili təqdim edilib. Bu il azı 800 mənzil verilməsi də nəzərdə tutulub ki, onlardan 174 mənzilin açarı sahibinə təqdim edilib.