• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3480
— 30.10.2019 19:18

Azarkeşlərlə görüş keçirilib

KepezTV Player

“Kəpəz” Peşəkar Futbol Klubunda azarkeşlərlə keçirilən mütamadi görüşlər çərçivəsində növbəti belə tədbir baş tutub. Görüşdə klubun icraçı direktoru İlqar Nadiri, əsas komandanın baş məşqçisi Yaşar Vahabzadə və müxtəlif yaş qruplarından olan fanatlar iştirak edib.

Azarkeşləri “Kəpəz”in ən böyük dəyəri adlandıran İlqar Nadiri Gəncədə futbola olan hədsiz maraqdan bəsh edib. O, aşağı dəstədə mübarizə aparan komandanın bu gün böyük dəstəyə ehtiyacı olduğunu deyərək uğur qazanmaq üçün azarkeş amilinin vacibliyinə diqqət çəkib. Daha sonra Yaşar Vahabzadə komandanın çıxışı haqda fikirlərini bölüşüb. Ardından azarkeşlər də söhbətə qoşulmaqla razı və narazı qaldıqları məqamları dilə gətirərək təkliflərlə çıxış ediblər. Fanatlar “Kəpəz”i gələn mövsüm elitada görmək istədiklərini bildiriblər. Qızğın müzakirələrə yol açan görüş 1 saatdan çox müddətdə davam edib.

 

Orxan Cəfərzadə