• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3319
— 30.10.2019 19:11

2 kq-dan çox narkotik götürüldü

KepezTV Player

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Yevlax rayon sakini Cəlal Abduyev yaşadığı Havarlı kəndinin yaxınlığında polislər tərəfindən tutulub. Onun evinə baxış keçirilən zaman 2 kiloqram 15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, Cəlal Abduyev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.