• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3447
— 30.10.2019 12:20

İki VAZ toqquşdu, iki nəfər öldü

KepezTV Player

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Qazax yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində olub. "VAZ-2106" ilə "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində 31 yaşlı Ramil Babayev və 27 yaşlı Babək Qurbanov dünyasını dəyişib. 26 yaşlı Səbuhi Allahverdiyev, 23 yaşlı Rövşən Qurbanov, Rövşən Vəliyev, 31 yaşlı Vidadi Əmirov və 23 yaşlı Vüsal Məmmədov isə xəsarət alıb. Yaralılardan biri Gəncədəki özəl tibb müəssisələrindən birinə, digər dördü Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.