• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3332
— 29.10.2019 20:26

Futbolumuzun İntiqamı

KepezTV Player

Bu sırada duranlardan biri də ömrünü futbola həsr edən İntiqam Səmədovdu. Futbola olan vurğunluğu onu 1980-ci illərin ortalarında milyonların sevilmli idman növü ilə intensiv şəkildə məşğul olmağa vadar edib. Uşaq yaşlarından futbolun sirlərini mənimsəyən Səmədov 1990-cı ildə peşəkar səviyyədə ilk addım atmağa başlayıb.

Səmədov qısa futbolçu karyerasına baxmayaraq bir çox klublarda top qovub. O, Gəncənin “Metallurq”, Samuxun “Şəfəq”, “Bozqurd” və Cəlilabadın “Ümid” komandalarının formasını geyinib. Çıxış etdiyi dövrdə rəqabətin böyük olması onu oyunçu kimi futbolla erkən vidalaşmağa məcbur edib.

Bir o qədər də parlaq futbolçu karyerası olmayan İntiqam Səmədov karyerasını bitirdikdən sonra uzun müddət idmandan kənarda qalıb. Amma futbola olan bağlılığı onu bu dəfə məşqçi kimi meydanlara qaytarıb. 2000-ci illərin sonlarından etibarən məşqçilik etməyə başlayan Səmədov artıq 10 ildir ki,  müxtəlif yaş qruplarından olan uşaq və yeniyetmələrə futbolun sirlərini aşılayır.

Gəncədə son 5 ildə Səmədovlar ailəsi futbolla tanınıb. İntiqam Səmədovun kiçik qardaşı İlham Səmədov məşqçi, onun övladları Əli və Ümid isə futbolçu kimi tanınıblar.

Ailədə oğulun atanın sənətini davam etdirməsi ənənəsi İntiqam Səmədova da qismət olub. Oğlu Nizami Səmədov da futbolçudur.

Hər bir məşqçi kimi Səmədovun da böyük hədəfləri var. O, yetirmələrinin gələcəkdə tanınmış futbolçu olmasını arzulayır.

Gəncədə yerli idman məktəbində çalışan İntiqam Səmədov peşəkar klubda da iş təcrübəsinə malikdir. O, gəncəlilər üçün “arzuların komandası” olan  “Kəpəz”də işləyib. Gənc mütəxəssis bilik və bacarığını artırmaq üçün müxtəlif kurslara da qatılıb. O, AFFA-nın  müvafiq seminarlarında iştirak edərək C kateqosiyasına layiq görülüb.