• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3318
— 29.10.2019 13:08

Gəncəli güləşçi finalda

KepezTV Player

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı start götürüb. Yarışın ilk günündə sərbəst güləşçilər mübarizəyə başlayıb. Açılış günündə Azərbaycan yığmasının xalça üzərinə çıxan üzvləri arasında Gəncə güləş məktəbinin yetirməsi Turan Bayramov da olub. Mübarizəyə 1/8 finaldan qoşulan Bayramov kanadalı, moldovalı və fransalı rəqiblərini məğlub edərək debüt etdiyi dünya çempionatının finalına vəsiqə qazanıb.Həlledici görüş bu gün keçiriləcək. Bayramov qızıl uğrunda yaponiyalı güləşçi ilə üz-üzə gələcək.