• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3318
— 28.10.2019 16:27

Şəmkirdə 700-dən çox iştirakçı veloyürüş edib

KepezTV Player

Şəmkirli gənclər də velosipedlə yürüş ediblər. Yürüş Gənclər Fondu və Azərbaycan Velosiped Federasiyası, Şəmkir rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam gənclik” layihəsi çərçivəsində reallaşıb.

Gəncləri sağlam həyat tərzinə təşviq etmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyan yürüşdə 700-dən çox gənc iştirak edib. Bayraq Meydanından yürüşə başlayan iştirakçılar velosipedlə şəhər mərkəzindən dövrə vuraraq start nöqtəsinə qayıdıblar.  

Nicat Şıxəliyev – iştirakçı: Mən bu gün bu yürüşün iştirakçısıyam. Bu günləri hamı ilə rəqabət apardıq və sonadək gəldik. Bütün Şəmkir rayonu gəzdik. Belə yürışlar tez-tez keçirilsə yaxşıdır.

Əlixan Rüstəmov – iştirakçı: Çox gözəl keçdi. İstəyirəm bu yarışlardan tez-tez keçirilsin.

Rəsmi hissədə velosiped idman növünün sağlamlıq üçün əhəmiyyətindən, regionlarda yaşayan gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyindən danışılıb. Şəmkirdə velosiped idman növünə marağın böyük olduğu və bu istiqamətdə tədbirlərin davam etdirildiyi diqqətə çatdırılıb.

Fərid Cəfərov - Gənclər Fondunun icraçı direktoru: Şəmkirdə fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəznində bu gündən etibarən veloklub fəaliyyətə başlayacaqdır ki veloklubda Şəmkir gəncləri təmannasız velosipedlə təmin olunacaq. Yəni gənclər günün istənilən vaxtı həmin velosipedlərdən istifadə edə biləcəklər.

Veloyürüş iştirakçılarına simvolik hədiyyələr təqdim olunub və musiqili əyləncəli proqram təşkil olunub. Layihə Qazaxda davam edəcək.

 

Natiq Hüseyn