• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4674
— 26.10.2019 16:31

Gəncədə 50 çoxmərtəbəli binanın dam örtüyü dəyişdirilib

KepezTV Player

Gəncədə ölkə prezidentinin sərəncamına uyğun olaraq 50 çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilməsi başa çatdırılıb.  Bu binalardan iksi 9, biri 8, digərləri isə 5 mərtəbəlidir. Şəhər əhalisindən daxil olan müraciətlər əsasında müəyyənləşdirilən binalarda aparılan yenilənmə işləri sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bu günədək Gəncədə 600 çoxmənzilli binanın dam örtüyü yenilənib. İşlər bununla yekunlaşmır, növbəti il üçün dam örtüyü dəyişdirilməli olan 248 binada mövcud olan problemləri aradan qaldırılacaq. Çoxmərtəbəli binalarda yaşayan sakinlərin digər bir problemi də öz həllini tapıb. Söhbət istismara yararsız liftlərin dəyişdirilməsindən gedir.