• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 25.10.2019 16:06

Mənzildən qızıl zinət əşyaları oğurlayan şəxs saxlanılıb

KepezTV Player

Əvvəl mağaza qarət etdi və şərti cəza aldı. Cəzası başa çatmamış  qonşusunun evindən qızılları oğurladı. Tovuzda baş verən hadisə polisin diqqətindən yayınmayıb və oğurluğun üstünü açıb.

Saxlanılan Ayaz Qasımov bu ilin uyun ayında Tovuzun Əyyublu kəndində mağzalardan birini qarət etdiyi üçün saxlanılıb və ona yerli məhkəmənin qərarı ilə şərti cəza verilib. Əməlindən nəticə çıxarmayan Ayaz Qasimov  cəzası başa çatmamış yenə də eyni əməli təkrarlayıb. Bu dəfə Qovlar şəhərində fərdi yaşayış evlərindən birindən qızıl-zinət əşyalarını oğurlayıb.

Ayaz Qasımov - saxlanılan şəxs: Bazara gedirdim. Gördüm evdə heç kim yoxdur. İşıq keçili idi. Çəpərdən həyətə düşdüm. Pəncərəni qırıb birinci otağa girdim. Birinci otaqdan heçnə tapmadım. İkinci otaqda pencəyin cibindən qızılları götürüb çıxdım.

Tovuz polisinə daxil olan müraciət əsasında əməliyyat axtarış tədbirlərinə başlanılıb və cianyətin üstünü isti izlərlə açılıb. Qonşusunun evindən oğurluq edən Ayaz Qasımov polisə veridyi ifadəsində əməlini səmimi etiraf edib və oğurladığı qızılları müxtəlif ünvanlarda ayrı-ayrı şəxslərə satdığını deyib.

Elxan Hümbətov - baş müstəntiq: Azərbaycan Respublikasının 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində həbs qəti imkan tədbiri seçilib. Hal-hazırda onun digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır. İstintaq davam etdirilir.

Artıq Qasımovun oğurladığı qızıl-zinət əşyalarından biri tapılaraq istintaqda maddi sübit kimi tanınıb. Ganahı sübuta yetirilərsə o şərti cəza yox, azadlıqdan məhrumetmə cəzası alacaq.  

 

Natiq Hüseyn