• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2967
— 26.04.2015 15:14

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi keçirilib

Bu gün respublikanın ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi keçirilib. İmtahan Bakı, Naxçıvan və Gəncədə 17 mərkəzdə aparılıb. Saat 13:00-da başlayan imtahanda sualların cavablandırılmasına saat yarım vaxt ayrılıb. Gəncədə 4 mərkəzdə keçirilən imtahanda  913 bakalavrın iştirakı nəzərdə tutulub. Ümumilikdə isə qəbul imtahanlarının birinci mərhələsinin nəticələrinə görə, 10 min 170 bakalavr qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 5766-sı ali təhsil müəssisələrinin bu ilki, 4404 nəfəri isə əvvəlki illərin məzunudur. 30 bakalavr xarici ölkə vətəndaşıdır. İmtahanın idarə olunmasına 70 imtahan rəhbəri, 743 nəzarətçi-müəllim ayrılıb. Nəticələr elan olunduqdan sonra bakalavrlar may ayının 7-dən 12-dək ixtisaslaşma seçimini yerinə yetirəcəklər.