• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1765
— 23.10.2019 19:24

Yeni texnikalar Gəncə küçələrində

KepezTV Player

Gəncədə əhaliyə kommunal xidmətlərin göstərilməsi sahəsində istifadə olunan yeni maşın və mexanizimlər alınıb. Ölkə prezidentinin ehtiyat fondundan ayrılan 6 milyon vəsait hesabına ilkin olaraq 17 ədəd müxtəlif təyinatlı ağır texnikalar gətirilib. Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin avtoqarajına ilin sonuna kimi belə texnikaların daha 40-ı gətiriləcək.

Bu maşın 1979-ci ildə Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə gətirilib və bununla yük daşınırdı. Hazırda avtomobil istismar müddətini başa vurduğu üçün heç bir iş görmək mümkün deyildi.

Ruslan Qarayev - sürücü: Bizim bu köhnə texnikalar istismar müddətini başa vurduğuna görə işdə çətinliklər olurdu. İş görə bilmirdik. Tez-tez xarab olurdu. Küçələrdə qalırdı, əhalinin gediş-gəlişinə maneə törədirdi.

Çətinlik çəkən tək Ruslan Qarayev deyil. Gəncə küçələrində təmizliyin təmin edilməsinə çalışan digər 107 həmkar sürücü yoldaşı da köhnə texnikaların yaratdığı çətinliklər səbəbindən normal fəaliyyət göstərə bilmirdi. İlkin mərhələdə Gəncə Avtomobil Zavodunda yığılan 11 ədəd xüsusi təyinatlı avtomaşın və 6 ədəd mexanizim problemin müəyyən səviyyədə həllinə imkan yaradıb.

Ruflan Musayev - Gəncə şəhər MKTİB-nin avtomobil qarajının müdiri: Təzə texnikalar gəldikdən sonra işlərimiz xeyli asanlaşıb. Gəncə şəhər təsərrüfatında, təmizlik şöbəsində, işıqlandırma şöbəsində və digər şöbölərə yeni gələn texnikalar onların sərəncamına verilib. Şəhərin təmizliyində heç bir problemimiz olmayacaq. Köhnə texnikalar Sovet dönəmindən qalma texnikalar idi ki, bu da istismar müddətini başa vurmuşdu.

Yeni gətirilən avtomaşınların və mexanizimlərin hər biri üçün dövlət qeydiyyatı nişanı alınıb. Artıq bu texnikalar şəhər təsərüfatı üçün xəttə buraxılıb.

Zahir Qurbanov - sürücü: İyirmi ilə yaxındı mən burada çalışıram. Texnikalarımız bərbad vəziyyətdə idi. Gedirdik yollarda qalırdıq. Dayaqlara çıxmaqda çətinlik yaranırdı. Texnikaların nasazlığından maşınların hərəkətindən manelər törədirdik. Yeni texnikalarla əvəz olunub. İşimiz çox asanlaşıb, yüngülləşib.

Bəxtiyar Bağırzadə - Gəncə şəhər MKTİB-nin avtomobil qarajının mühəndisi: Maşınlar təhvil verilməmişdən bizim özümüzün iştirakı ilə baxmışıq. Təyin etmişik ki hansı maşınlar məqsədə uyğundu. Bu maışnların istismar müddəti daha uzun olacaq. Şəhərin işində daha davamlı olacaq.

Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin Avtoqarajına çala qazan avtomobil də gətirilib. Bu avtomobil ilk dəfədir ki, qarajda fəaliyyət göstərəcək. Avtomobillə şəhərdə çalaqazma işləri həyata keçiriləcəkdi. ((K/A)) Dövlət büdcəsindən ayrılan vəsait hesabına Mənzil Kommunal Təsərrüfatı İstahsalan Birliyinin maşın parkı gələn ay ərzində daha 40 müxtəlif təyinatlı ağır texnika ilə yenilənəcək. Nəticədə avtoqarajda olan köhnə texnikalar istismardan çıxarılacaq.

 

Elnur Vahidoğlu