• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 970
— 23.10.2019 16:18

Polis rəisi məktəblilərlə marifləndirici söhbət aparıb

KepezTV Player

Gəncədə polis işçilərinin məktəblilərlə maarifləndirci görüşləri davam edir. Bu dəfə Kəpəz rayon Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Xəlilov 7 saylı məktəbdə “Narkomaniyaya “yox” deyək!” və “ Dini radikalizmlə mübarizə” mövzularında çıxış edib. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin yaratdığı problemlər və onun fəsadlarından danışılıb. “Ağ ölüm”dən qorumağın yollarından söz açılıb və narkotiklərlə mübarizədə cəmiyyətin bütün üzvlərinin iştirakının vacibliyi vurğulanıb. Dini radikalizmin fəsadlarından da danışılan görüşdə din adı altında şiddət və radikalizmi təbliğ etməyə cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən də gənc nəslin sayıqlıq və vətəndaşlıq mövqeyi göstərməsinin önəmi vurğulanıb. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Natiq Hüseyn