• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1982
— 23.10.2019 12:11

Yük maşını "KamAz"a çırpıldı

KepezTV Player

Bakı-Qazax yolunun Kürdəmirin Karrar kəndindən keçən hissəsində də qəza olub. "Mercedes" markalı yük maşını Qazax istiqamətində hərəkətdə olarkən qarşısında gedən mişar daşı ilə dolu "KamAz"a çırpılıb.Nəticədə KamAz yoldan çıxaraq aşıb, mişar daşları ətrafa səpələnib və avtomobillərin gediş gəlişində manelər yaranıb.Hadisə zamanı hər iki sürücü - Goranboy rayon sakini 42 yaşlı Elnur Sadıqov  və Bakı şəhər Qala qəsəbəsi sakini 38 yaşlı Təhmasib Əliyev müxtəlif növ bədən xəsarətləri ilə alıb. Yaralılar Kürdəmir rayon mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.