• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2961
— 26.04.2015 11:33

Güclü yağışın səbəb olduğu sel Ağstafada ciddi fəsadlar törədib

Son günlər qərb bölgəsinə yağan leysan xarakterli yağışlar çaylarda daşqınlara səbəb olub. Güclü yağış səbəbindən yaranan sel Ağstafada bir sıra fəsadlar törədib.

Leysan yağışlar səbəbindən Poylu qəsəbəsində Ağstafa çayı üzərində qurulan körpü sıradan çıxıb. Adıçəkilən ərazidə alternativ yol olduğundan bu, gediş-gəlişə elə də problem yaratmayıb. Ancaq körpüdən keçən yük maşınlarının hərəkəti çətinləşib. Kənd sakinləri əvvəlcədən sel xəbərdarlığı aldığından mal-qara və ev quşlarında da tələfat olmayıb.

Selin çətinlik yaratdığı əraziyə rayon fövqəladə hallar komisiyasının əməkdaşları da baxış keçiriblər.  Komissiyanın sədri  Ramiz Tatarov bildirib ki, bağlı körpünün biri istifadəyə verilib, selin tam olaraq dağıtdığı körpü isə bir necə günə tam bərpa olunacaq. Qeyd edək ki, Ağstafa çayı öz mənbəyini Coxaz çayından götürdüyündən bir necə ildir bu çayda su qıtlığı yaşanırdı. Havaların yağmurlu keçməsi sözügedən çayda da suyu artırıb.

Rahim İbrahimoğlu