• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1312
— 21.10.2019 20:04

Evləri qəzalı vəziyyətdə olanlar üçün yeni bina

KepezTV Player

Goranboyda evləri qəzalı vəziyyətdə olan sakinlər üçün yeni bina inşa edilir. 1 ildən artıqdır ki, tikintisi aparılan bina inşaatçıların səyi nəticəsində bu il istifadəyə verilə bilər.

Ölkə prezidentinin imzaladığı sərəncam əsasında ayrılan 3 milyon manat vəsait hesabına tikilən bina 5 mərtəbəlidir. Tikintisinə bu ilin aprelində start verilən bina qəzalı vəziyyətdə olan əvvəlki 2 mərtəbəli binanın yerində ucaldılıb. 2 blokdan ibarət binada 1, 2 və 3 otaqlı olmaqla ümumilikdə 40 mənzil var.

Azər Hüseynov - iş icraçısı: Binada 1 otaqlı mənzillərimiz 40 kv, 2 otaqlı 75 kv, 3 otaqlı mənzillər isə 101 kvadrat təşkil edir. Bütün mənzillər tam təmirli və istilik sistemi ilə təchiz olunaraq sakinlərə təhvil veriləcək.

Bina əhalinin mənzil-məişət şəraitinin yaxşıladırmasına hesablanıb. Burada qəzalı vəziyyətdə olan bina sakinləri ilə yanaşı mənzilə edilməsi planlaşdırılan digər kateqoriyadan olan vətəndaşlar da yerləşdiriləcək.

Firəngiz Rüstəmova - bina sakini: 91-ci ildən mən həmin qəzalı binada yaşayırdım. Evim 5 otaqlıydı. Çox qəzalı vəziyyətdə idi. Biz həmin evdə heç cür yaşaya bilmirdik. Mənim evim 75 kvadrat metr idi, indi mənə 100 kvadrat mənzil verəcəklər.

Binanın həyətində istirahət güşələri yaradılacaq və uşaq əyləncə qurğuları quraşdırılacaq. Binanın 2020-ci ildə təhvil verilməsi nəzərdə tutulsa da, sakinlər yeni ili yeni mənzillərində qarşılıya biləcəklər.