• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4177
— 26.04.2015 11:30

Tovuzda dəhşətli qətl törədilib

Tovuzun Əlimərdanlı kənd sakini, 2 uşaq atası Müşfiq Hüseynov baş nahiyəsindən güllələnərək qətlə yetirilib.

43 yaşlı fermerin cəsədi özünə məxsus avtomobilin yük yerində kənd qəbiristanlığının yanında tapılıb. Dərhal hadisə yerinə Tovuz Rayon Polis şöbəsinin əməkdaşları çağırılıb. Meyit tapıldığı yerdən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Tovuz rayon Şöbəsinə gətirilib.

Qətlin kim yaxud kimlər tərəfindən və hansı səbəblərdən törədildiyi araşdırılır.