• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3318
— 21.10.2019 20:02

Gəncəçay üzərindəki 3 körpü yenilənib

KepezTV Player

Gəncədə istifadə nəticəsində aşınan, sel sularının yuyaraq qəzalı hala saldığı körpülərin təmiri davam edir. Daha doğrusu 3 körpüdə işlər yekunlaşıb. Digər 2-sinin isə yaxın günlərdə yekunlaşacaq əsaslı təmir işlərindən sonra ömrü bir qədər də uzanacaq.

Gəncəni 2 hissəyə ayıran çay üzərindəki 5 körüpünün əsaslı təmirinə mayda başlanılıb və ötən dövr ərzində işlərin 60 faizi tam icra edilib. Hazırda Nizami Gəncəvi və Şah İsmayıl Xətai prospektlərində yerləşən körpülər Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən daha dayanıqlı hala salınır. Çayın məcrasında beton bərkitmə işləri aparılır, körüpülərin stunları bərkidilir.

Layihə görə körpünün kənarında suyun torpağı yumamsı üçün hündürlüyü 10 metr olan beton hasarlar da çəkilir. Həmçinin axan suyun təzyiqinin qarşısının alınması üçün beton bəndlərdə inşa olunub.

Şəhərin sağ və sol hissənin birləşdirən körpülərdə görülən işlər sel vaxtı dayanıqlığı artırmaq və həmin körpülərdən avtomobillərin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün həyata keçilir. İş icraçıları görülən işlərlə körpülərin ömrünü ən azı 100 ilə yaxın uzatmağın mümkünlüyünə diqqət çəkir.

Şahin Səmədov - Avtomobil Yolları Dövlət Agentliyinin sahə rəisi: Körpüdə 15-20 metr arası yarğan açılmışdı, torpaq yuyulub getmişdi. Körpü qəzalı vəziyyətə düşmüşdü. Ona görə də Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən torpaq yataq işləri bərpa olundu və mövcud olan layihələr verildi. Diş konstruksiya sistemi quruldu. Həmçinin su öldürücü sistemi də quruldu. Bundan sonra sel gələndə selin sürəti azalacaq və qırma daşların üzərinə çıxıb, torpaq öz yolunu tapıb axacaq. Yuyulmanın baş verməsi olmayacaq.

Gəncəçay üzərində mövcud olan və istismar müddətini başa vuran körpülərdə bərkitmə işlərinin aparılması sakinlərin də ürəyincədir.

İdris Heydərov - sakin: Burada yaxında yaşayıram. Özüm Gəncliyəm. Zibil var idi, tərpənmək olmurdu. İndi düzəldirlər sağ olsunlar.

İntiqam İsayev - sakin: Bu körpü pis vəziyyətdə idi. Həm qəzalı şəraitdə, həmdə zibillik, natəmiz halda idi. İndi təmizdi, həm də qəzalı şəraitdən çıxıb. Gözəl körpü yaranıb.

Məcrada və əsas hissədə beton-bərkitmə işləri başa çatdıqdan sonra körpülərin kənarlarına milli arnamentli məhəccərlər quraşdırılacaq, işıqlqandırma və lazım olah hissələrdə asvaltsalma işləri görüləcək. Dövlət büdcəsindən ayrılan vəsait hesabına reallaşan işlərin tam olaraq noyabırda yekunlaşdırılması nəzərdə tutulur.

 

Elnur Vahidoğlu