• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2190
— 21.10.2019 15:52

Avtomobil qaçıran şəxs sərhədi keçmək istəyərkən saxlanıldı

KepezTV Player

Qubanın Püstəqasım kənd sakini Niyazi Abdullayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-21011” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib. Müraciətlə əlaqədar dərhal RPŞ-də araşdırmalara başlanılıb. Nəqliyyat vasitəsinin Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın müddətə həbs olunmuş 38 yaşlı Elnur Nöhbalayev tərəfindən qanunsuz olaraq ələ keçirildiyi müəyyən edilib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Nöhbalayev Qazax rayonu ərazisində dövlət sərhədini keçmək istəyən zaman saxlanılıb və Quba RPŞ-nə gətirilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib, ələ keçirdiyi nəqliyyat vasitəsini Siyəzən rayonu ərazisində gizlətdiyini deyib. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və avtomobil tapılaraq sahibinə təhvil verilib. Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxsin başqa analoji cinayət hadisələrində iştirak edib-etmədiyi araşdırılır.