• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2179
— 19.10.2019 16:30

3572 şagird sınaq imtahanı verib

KepezTV Player

Təhsil Nazirliyi Gəncənin orta ümumtəhsil məktəblərində təhsil alan 9-cu sinif şagirdləri üçün sınaq imtahanı keçirib. 5 mərkəzdə təşkil edilən imtahanda ümumilikdə 3572 şagird iştirak edib. Onlardan 3002-i Azərbaycan, 570- isə rus bölməsinin şagirdləridir. Məktəblilər Azərbaycan dili, ingilis dili və riyaziyyat fənlərindən 3 saat ərzində 90 sualı cavablandırıblar.Cavablar bal sistemi ilə qiymətləndiriləcək. Şagirdlərin bilik və bacarığının müəyyənləşdirməsi, həmçinin buraxılış imtahanına hazırlıq mərhələsini təşkil etmək üçün keçirilən sınaq imtahanları tədris ilinin sonuna kimi  mütamadi olaraq davam edəcək.

Söhrab Hacıyev Gəncə Şəhər Metodik Mərkəzin direktoru:Doqquzuncu sinifdə keçirilən sınaq imtahanları sınaq xarakteri daşıyır. Gələcəkdə Dövlət İmtahan Mərkəzinin keçirəcəyi imtahanlarad şagirdlərimizin daha da yüksək nailiyyət əldə edilməsinə köməkdi. Cavab kartlarının doldurulması, sualların cavablandırılmasıdır, ilkin buraxılış imtahanlarına hazırlıq kimi həyata keçilir. Həm də bu manitorinqdi və bunun nəticəsi ilə həmdə bütün ümumtəhsil məktəblərindəki bilik və baraığın nəticəsini təhlil etmək mümkündü.