• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2197
— 19.10.2019 12:44

5 yaşlı uşaq qızdırmadan öldü

Gəncə şəhərində azyaşlı xəstəlikdən dünyasını dəyişib. Hadisə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında baş verib. Şəhər sakini, 5 yaşlı Zəhra Abdullayevanın bir neçə gün qızdırması olub. Azyaşlı Gəncə şəhər Dəmir Yolu Xəstəxanasına aparılsa da, orada müalicələr nəticə verməyib. Uşaq bu gün səhər saatlarında yüksək hərarət ilə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.