• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3228
— 18.10.2019 19:02

Türkiyəli mütəxəsislər fermerlərə seminar keçir

KepezTV Player

İl ərzində ölkədə 81 min tona yaxın qoyun əti istehsal olunur ki, tələbatın 90 faiz ödənilməsi deməkdir. Hazırda mövcud olan 2,4 faizlik asılılığı aradan qalıdırmaq istiqamətində elmi araşdırmalar və praktik təcrübələr aparılır. “Azərbaycan qoyunçuluğunda damazlıq və seleksiya işinin təşkili” mövzusunda keçirilən elmi praktiki seminarda da da əsas diqqət bu istiqamətə yönəldilib.

Şaiq Əzimov - KTN-nin sektor müdiri: Qoyunçuluqda qış, yay otalq sahələri problemləri mövcuddur. Nazirində qarşımızda qoyduğu vəzifə ondan ibarətdir ki, bu qapalı intensiv və yarım intensiv qoyunçuluq təsərrüfatının yaradılmasına üstünlük verək. Bu təsərrüfatlar yaradıldıqda çox qısa bir müddətdə qoyunçuluqda ət istehsalı ilə özümüzü təmin edəcəyik, həm də ixrac potensialı yaranacaqdı.

Ölkənin qoyunçuluq təsərrüfatlarında 13 cinsdən 8 milyon 600 min başa yaxın heyvan bəslənilir və cinslərdən 6-sı məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu cinslərinin qorunub saxlanması, eləcə də cırlaşmaması üçün Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda aşarşdırmalar aparılır və dünya təcrübəsi tətbiq edilir.

Mahir Hacıyev - Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru: Yeni 5-6 ilə yaxın Azərbaycan şəraitinə uyğun qoyun cinsinin, xətlərin və mərəzlərin yaradılmasıdır. Artıq Respublikaya xaricdən yüksək məhsuldar qoyun cinsləri gətirilməkdədir. O qoyun cinslərin adaptik xüsusiyyətlərinin öyrənilməsi bizim inistitutun əsas peratet məsələlərinə daxildi. Qoyunçuluq fermasını inşa etmişik.Gələn ayın ortalarına kimi nazirlik tərəfindən yüksək məhsuldar qoyun cinslər təqdim olunacaqdı. Cinslər üzərində damazlıq işini aparmağı planlaşdırırıq.

Seminarda türkiyəli mütəxəsis tərəfindən qoyunçuluqda müşahidə edilən yeni müasir üsulların təsərrüfatlarda məhsuldarlığın artırılması baxımından tətbiq olunmasının yolları izah edilib.

Tahir Karaşahin - Aksaray Universtetinin nümayəndəsi: Azərbaycanın çox gözəl yerləri var. Ancaq heyvandarlıqda istənilən nəticə əldə olunmamışdı. Bizim istəyimiz burada xüsusi ilə də qoyunçuluğun necə inkişaf etdilməsi, son texnalogiyalardan istifadə edərək mərhələlərin həyata keçirilməsi, balaların artırılması üçün insanlara məlumat vermək fikrimiz var.

Zaman Zamanov - fermer: Qoyunçuluqla məşğuluq, 2 minə yağın qoyunum var. 30 ilə yaxındı ki, bu işlə mğşğul oluruq. Burad öyrəndiklərimiz yenilikləri təsərrüfatlarımzda bərpa edəcəyik.

Seminar iştirakçıları institutda yeni yaradılan yem laboratoriyası ilə tanış olub, qoyunlar üzərində aparılan elmi araşdırmaları əyani şəkildə görüblər. Sonda fermerlərə sertifkatlar təqdim edilib.

 

Elnur Vahidoğlu