• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1988
— 18.10.2019 19:17

61 yaşlı kişi çayniklə öldürülüb

KepezTV Player

Bakıda, Binəqədi rayonu ərazisində qətl törədilib. Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən ikimərtəbəli çay evinin həyətində paytaxt sakini Cövdət Abbasov, tanışı 61 yaşlı Sabir Ələkbərov və Rafiq Əliyev spirtli içki qəbul ediblər. Sərxoş olan Rafiq Əliyevi yaxınları evinə aparıb. Cövdət Abbasov və Sabir Ələkbərov isə çay evinin 2-ci mərtəbəsinə qalxaraq orada da spirtli içki qəbul ediblər. Bu zaman aralarında mübahisdə yaranıb. Abbasov masadan içərisi çayla dolu çayniki götürərək Ələkbərovun baş nahiyyəsinə bir neçə dəfə vurub. Yaralı aldığı xəsarətlərdən çay evinin həyətində yerə yıxılaraq keçinib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə iş başlanılıb. Abbasov şübhəli şəxs qismində saxlanılıb.