• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 18.10.2019 16:07

Samuxda min gəncin iştirakı ilə yürüş təşkil edilib

KepezTV Player

Samuxda 18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan bayram tədbiri keçirilib. Minə yaxın gənc Gənclər və İdman İdarəsinin qarşısından Heydər Əliyev prospekti ilə yürüş ediblər. “Müstəqilliyimiz əbədidir, dönməzdir”, “Yaşasın müstəqil Azərbaycan”, “Qarabağ Azərbaycandır!” şüarları ilə 3 kilometr məsafəni qət edən iştirakçılar dahi şəxsiyyətin adını daşıyan parka gəliblər. Samuxlu gənclər burada “Müstəqilliyimiz əbədidir” şüarını özündə əks etdirən flaşmob göstəriblər. Çıxışlarda bir daha dövlətə inam və ordumuza güvən ifadə olunub. Tədbir musiqili proqramla davam edib.

                  

Natiq Hüseyn