• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3163
— 25.04.2015 13:38

Qərb bölgəsində ilk dəfə Şəmkirdə buz oyunları üzrə yarışlar keçirilir

Şəmkirdə məktəblilər arasında buz oyunları start götürüb.

Qərb bölgəsində ilk dəfə təşkil olunan yarışda rayonun 16 məktəbi təmsil olunur. Yeniyetmə oğlan və qızların iştirak etdiyi birincilikdə yaşı 15-dən yuxarı olan şagirdlər qüvvəsini sınayır.

Olimpiya sistemi üzrə reallaşan yarışın keçirilməsində əsas məqsəd buz oyunlarına olan marağı artırmaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

Yarış zamanı daha çox estafet xaraketrli oyunlara üstünlük verilir. Birinci olmaq uğrunda mübarizə aparan məktəblilər 6 kateqoriyada yarışır.

Qeyd edək ki, birinciliyə aprelin 30-da yekun vurulacaq.