• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3162
— 25.04.2015 13:42

İDEA könüllüləri Gəncədə keçirilən ümumşəhər iməciliyində maraqlı aksiya keçiriblər

Gəncədə yaşıllaşdırma marafonu çərçivəsində 3 minə yaxın ağac əkilib. Bundan başqa iştirakçılar maraqlı aksiya da keçiriblər.

Ümumşəhər iməciliyi şəhərin Heydər Əliyev adına park-kompleksində təşkil edilib. İDEA İctimai Birliyinin təşəbbüsü və şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iməcilikdə bütün idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər. Aksiya zamanı mövcud yaşıllıqlara qulluq göstərilib, ərazi alaq otlarından təmizlənib.  Yaşıllıq marafonunda gün ərzində əraziyə 3 minə yaxın Eldar şamı və digər növ ağaclar əkilib.

Xəqani Səfərov- aksiya iştirakçısı: “Burada daima suvarma işləri gedəcək. Bəzi qurumuş ağaclar təmizlənir. Ulu öndərin adını daşıyan parkda hər gün iməciliyimiz keçirilir.  Bu, daim davam edəcək”.

Ümumşəhər iməciliyində İDEA İctimai Birliyinın Gəncə şəhəri üzrə könüllüləri maraqlı aksiya da keçiriblər. Belə ki, ağacı əkən şəxsin adı və soyadı kağızlara yazılaraq asılıb. 

Könül Zeynalova- İDEA İctimai Birliyinın Gəncə şəhəri üzrə koordinatoru: “Ümumrespublika yaşıllaşdırma marafonuna 5 noyabr 2014-cü il tarixdən Heydər Əliyev Fondunun vitse prezidenti və İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə start verilib. Mütamadi olaraq bu, hər həftə  Ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində həyata keçirilir”.

Ekologiyanın qorunmasına xidmət edən bu cür aksiyalar may ayının sonuna kimi davam etdiriləcək.  

Elnur Vahidoğlu