• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3161
— 25.04.2015 13:31

Samux rayonunda Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik yardımlar verilib

Dövlət başçısının ikinci dünya müharibəsində iştirak edən  şəxslərə, həlak olanların həyat yoldaşlarına, eləcə də arxa cəhbədə fədakar əməyinə görə fərqlənənlərə birdəfəlik yardımların verilməsi ilə bağlı sərəncamının icrası yekunlaşmaq üzrədir. Samux rayonunda ölkə prezidentinin sərəncamına uyğun olaraq sözügedən kateqoryadan olan şəxslərə ümumilikdə 42 min manat məbləğində vəsait ödənilib. Belə ki, Böyük Vətən müharibəsi iştirakçısı olan 4 nəfərə 800 manat, bu müharibədə şəhid olan 89 şəxsin həyat yoldaşlarına və arxa cəhbədə xidmətlərinə görə fərqlənən 8 nəfərə isə 400 manat verilib. Artıq vəsaitlər şəxslərin hesablarına köçürülüb. Bu addım dövlət tərəfindən bu şəxslərə olan diqqət və qayğının daha bir bariz nümunəsi kimi qiymətləndirilir.