• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3107
— 25.04.2015 12:15

Göygöl rayonunda müəllimlərə reproduktiv sağlamlıqla bağlı təlim kursu keçilib

Təhsil və Səhiyyə Nazirliklərinin birgə təşəbbüsü ilə reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində Göygöl rayonunda 3 günlük təlim kursu keçirilib. Təlimdə rayonun 40-a yaxın 6-7-ci siniflərində biologiya fənnini tədris edən pedaqoqlar iştirak edib. Reproduktiv sağlamlıq uşaq və yeniyetmələrin ailə planlaşdırılması, sağlam ailənin əsasları, həmyaşıdlarla sağlam ünsiyyətin qurulması, habelə valideynlik bacarıqları kimi mövzuları əhatə edib. Təlimdə iştirak edən müəllimlərə bu mövzular barədə ətraflı tədrisi məlumatlar verilib. Gələcəkdə isə pedaqoqların bu mövzuların tədrisdə təşkili də planlaşdırılır. Reproduktiv sağlamlıqla bağlı təlim bütün regionları əhatə edir.