• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2050
— 25.04.2015 11:10

Tovuzda yüklə dolu iritonnajlı avtomobil dərəyə aşıb

Göygöl sakini Tovuzda yol qəzası törədib. Yüklə dolu "Shaqman" markalı iritonnajlı avtomobil magistral yoldan çıxaraq bir neçə metr uzaqlıqdakı dərəyə düşüb. Tovuz rayonu ərazisində baş verən qəza zamanı "Shaqman"nın sürücüsü Ramal Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tovuz Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəsətəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.