• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3099
— 24.04.2015 18:59

GDU-da “Çanaqqala zəfəri-100” adlı elmi-praktiki konfrans keçirilib

Gəncə Dövlət Universitetində “Çanaqqala zəfəri-100” adlı elmi-praktiki konfrans keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib. Tədbirdə Türkiyənin Gəncədəki konsulu Orhan İşık, eləcə də ali təhsil ocağının professor, müəllim və tələbələri iştirak edib. Çanaqqala zəfərinin türkün şanlı tarixi və Türk dünyasının zəfəri olduğu bilidirilib. Qeyd olunub ki, Türk dünyasının bu qələbəsini həzm edə bilməyən ermənilər bütün dünyaya qondarma erməni soyqırımı iddialarını  bəyan edirlər. Tədbirdə bu şanlı zəfərin tarixi barədə bütün təhsil ocaqlarında ətraflı məlumatların verilməsinin vacibliyi vurğulanıb.