• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 989
— 25.04.2015 10:42

Şəmkirdə və Goranboyda əhalinin tibbi müayinəsi davam edir

Ölkəmizdə əhalinin tibbi müayinəsi aksiyası davam edir. Aksiya çərçivəsində Şəmkirdə Böyük Vətən müharibəsi veteranları, Goranboyda isə Xocalıdan olan məcburi köçkünlər tibbi yoxlamadan keçib.

Böyük Vətən müharibəsi iştirakçıları Şəmkir Rayon Mərkəzi Xəstəxanası və tibb müəssisəsinin poliklinika şöbəsində müayinədən keçib. Aksiyadan 40-dan çox veteran yararlanıb. Sağlamlıq imkanları məhdud olan şəxslərə səyyar həkim briqadaları yaşadıqları ünvanlarda tibbi xidmət göstərib. Qeyd edək ki, fevral ayının əvvəlindən başlayan aksiya çərçivəsində ümumilikdə 160 mindən çox Şəmkir sakini müayinədən keçib. Ehtiyacı olanlara müalicə təyin edilib.

Əhalinin tibbi müayinəsi aksiyasından Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Xocalıdan olan məcburi köçkünlər də yararlanır. Müayinələr Rayon Mərkəzi Xəstəxanasında, Yuxarı Ağcakənd və Börü yaşayış məntəqələrindəki tibb ocaqlarında aparılır. Bu günədək 13 minə yaxın məcburi köçkün müayinədən keçib. 1249 nəfərin səhhətində müəyyən problemlər aşkarlanıb. Onlardan 1207-i ambulator, 42 nəfər isə stasionar müalicəyə cəlb olunub. Məcburi köçkün ailələrindəki uşaqların icbari dispanserizasiyası da davam edir.

Natiq Hüseyn