• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4001
— 25.04.2015 10:45

DSMF tərəfindən sosial sığorta, fərdi uçot, pensiya sistemləri ilə bağlı qanunvericiliyə ciddi dəyişikliklər ediləcək

KepezTV Player

Ötən ilin noyabrında ölkə başçısı tərəfindən 2014-2020-ci illəri əhatə edən pensiya sistemində islahat konsepsiyası imzalanıb. "Həmin konsepsiya pensiya sisteminin institusional dəyişiklikləri üçün mühüm vəzifələri müəyyənləşdirir", deyən DSMF sədri Elman Mehdiyev qurum tərəfindən hazırlanan yeniliklər barədə danışıb.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta, fərdi uçot, əmək pensiyalarının təyinatı şərtlərilə bağlı qanunvericiliyə ciddi dəyişikliklərin layihəsi hazırlanır. Dəyişikliklərdən biri sosial sığorta haqlarının fərdi hesablarda uçotu qaydalarının əsaslı şəkildə yenilənməsini nəzərdə tutur.

Elman Mehdiyev- DSMF sədri: "Yəni, hazırki 50%-lik hissəsinin deyil, 100 faizlik - tam məbləğinin fərdi hesablarda təyin olunaraq pensiya məbləğlərinə yönəldilməsini ifadə edəcək. Bunun nəticəsində yuxarı əməkhaqlarından yuxarı sosial sığorta haqları ödəyənlər daha yüksək pensiya təminatına malik olacaqlar".

Bu günə qədər ödənilən sosial sığorta haqları da yarı faizlik hesablarda qeydiyyata alınmasına baxmayaraq, dəyişiklikdən sonra yeni qaydalara transfer olunacaq.

Elman Mehdiyev- DSMF sədri: “Pensiyaların hesablanması alqoritmi də əsaslı şəkildə dəyişəcək. Bü gün ölkədə pensiyaların iki pilləli - baza və sığorta hissəsindən ibarət maliyyələşdirilməsi prossesi aparılır. Baza hissəsinin restruktrizasiyası nəticəsində pensiyalar vahid tərkibdə, yəni yalnız sığorta hissəsindən ibarət olaraq hesablanacaq. Bu sığorta hissəsi də sosial sığorta kapitallarının 100%-lik uçotuna əsaslanacaq”.

Elman Mehdiyevin sözlərinə görə, DSMF bu istiqamətdə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də genişmiqyaslı texniki işlərin reallaşdırılması ilə bağlı bütün hazırlıq işlərini demək olar ki, yekunlaşdırıb.